Logo
news content
User
Kateqoriyalar

Xəbər

“İranın iştirakına gəldikdə, tutarlı sübut görməmişəm”

ABŞ-nin vitse-prezidenti C.D. Vens “Flydubai” təyyarəsi ilə bağlı insidentdə İranın əli olduğuna dair heç bir sübut görmədiyini açıqlayıb.

O, bu haqda “Fox News” telekanalında bildirib.

“Bu məsələ ilə bağlı hər hansı rəsmi açıqlama vermək istəmirəm, lakin vəziyyəti mütləq izləyirik. İranın iştirakına gəldikdə isə, deyə bilmərəm ki, indiki mərhələdə hər hansı tutarlı sübut görmüşəm", - deyə o bildirib.

Siyasətçi həmçinin qeyd edib ki, İranla bağlı vəziyyətdə ABŞ-nin mövcud mövqeyinə nikbin yanaşır. Vitse-prezidentin sözlərinə görə, o bu məsələ ilə bağlı məlumat almaq üçün Con Ratkliffə və kəşfiyyat icmasının digər üzvlərinə güvənir.