Logo
news content
User
Kateqoriyalar

Xəbər

İranda Nobel Sülh Mükafatı laureatı azərbaycanlı Nərgiz Məhəmmədi həbs olunub

İranda Nobel Sülh Mükafatı laureatı, azərbaycanlı hüquq müdafiəçisi Nərgiz Məhəmmədi həbs olunub.

BBC xəbər verir ki, o, hüquq müdafiəçisi Xosrov Əlikürdinin yas mərasimində iştirak edərkən başqa aktivistlərlə birlikdə saxlanılıb.

Qeyd edək ki, Nərgiz Məhəmmədinin yas mərasimində iştirak etdiyi Xosrov Əlikürdi insan haqları müdafiəçisi olub. Əlikürdi bir həftə əvvəl öz ofisində ölü tapılıb. Ekspertiza nəticəsinə görə, o, ürəktutmasından ölüb.

Xatırladaq ki, Nərgiz Məhəmmədi 21 aprel 1972-ci ildə Zəncan şəhərində anadan olub.

Universitetdə təhsil aldığı zaman tələbə qəzetində qadın hüquqlarını dəstəkləyən məqalələr yazaraq diqqət çəkib.