İranda həm etirazçı, həm də polisə atəş açanlar həbs olunub
11 Yanvar 2026
İranda yanvarın 8-nə nisbətən, ayın 9-da etirazlar və iğtişaşlar azalıb.
Bu barədə "Tasnim" agentliyinin yanvarın 10-da yaydığı müşahidə statistikasında qeyd olunub.
"Əldə edilən məlumata görə, silahlı qruplaşmalar cümə günü də ölkənin bəzi bölgələrində mövcud olub və tapançalar da daxil olmaqla odlu silahlardan istifadə edərək dinc sakinləri, dükan sahiblərini və polisi hədəf alıblar", - agentlik yazıb.
Agentlik onu da qeyd edir ki, Kərəc şəhərində etirazçılarla polisə atəş açan silahlı qruplaşmanın üzvləri həbs olunub.
Bildirilib ki, təhlükəsizlik və hüquq-mühafizə orqanlarının əməkdaşları belə dəstələrin terror xarakterini nəzərə alaraq, aksiyalarda fəal olan şəxslərə qarşı sərt mübarizə aparacaqlar.
Qeyd edək ki, yanvarın 10-da da polislə toqquşmalar baş verib, yaralanma və ölümlər qeydə alınıb.