Logo
news content
User
Kateqoriyalar

Xəbər

İranda etirazlar zamanı 210-dan çox insan həlak olub

Son bir həftə ərzində İranda ən azı 217 etirazçı həlak olub, ölümlərin əksəriyyəti açılan atəş nəticəsində baş verib.

Bu barədə "Time" səhiyyə sahəsindəki mənbələrə istinadən bildirib.

Qeyd olunub ki, ölənlərin çoxu gənclərdir. Tehranın şimalında polis məntəqəsi yaxınlığında təhlükəsizlik qüvvələrinin etirazçılara pulemyotla atəş açdığı yerdə bir neçə nəfər öldürülüb.

Vaşinqtonda yerləşən və yalnız şəxsiyyəti müəyyən edilmiş qurbanların sayını açıqlayan "Human Rights Activist News Agency" informasiya agentliyi etirazların başlanmasından bəri ən azı 63 nəfərin öldüyünü bildirib.

İran hüquq-mühafizə təşkilatı "Hrana" isə ən azı 65 qurban olduğunu, bunların 7-nin yetkinlik yaşına çatmamış şəxslər olduğunu bildirib.

Ümumilikdə bu müddət ərzində 31 əyalətin 180 şəhərində, xüsusilə ən böyük şəhərlər olan Tehran, Məşhəd, Təbriz, Şiraz, Abhar, Zahedan və Kərəcdə etirazlar qeydə alınıb.

Ölkədə internet bağlanıb, bu da məlumatların əldə olunmasını məhdudlaşdırıb.