Logo
news content
User
Kateqoriyalar

Xəbər

İran hərbçiləri Bakıda Şəhidlər Xiyabanını ziyarət etdi

Ölkəmizdə səfərdə olan İran İslam Respublikası Silahlı Qüvvələrinin nümayəndələrindən ibarət mütəxəssis heyəti Şəhidlər Xiyabanını ziyarət edib.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, qonaqlar Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olan qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla anaraq, məzarları önünə gül dəstələri düzüblər, "Əbədi məşəl” abidəsinin önünə əklil qoyublar.