Logo
news content
User
Kateqoriyalar

Xəbər

İki ildir tənha yaşayan şəxs danışmağı unudub

Çinin Quanqsi-Çjuan Muxtar Bölgəsindəki Liuzhou şəhərinin polisi iki ildir dağlarda ədalətdən gizlənən və demək olar ki, danışmağı unudmuş bir şəxsi həbs edib.

Vu adlı kişi atışma zamanı Vey adlı rəqibinə hücum etdikdən sonra axtarışa verilib. O, hadisə yerindən qaçıb. Vey isə xəstəxanaya yerləşdirilib.

Çinli müalicə xərclərini ödəməyin ona neçəyə başa gələcəyini biləndə, dağlarda gizlənməyə üstünlük verib.

Vu iki ili tam təklikdə keçirib. Bu müddət ərazində çöldəki tərk edilmiş evdə yaşayıb, yabanı meyvə və tərəvəz yeyib və... danışmağı unudub.