Logo
news content
User
Kateqoriyalar

Xəbər

Hindistan Himalay dağlarında kommunikasiya xətləri qurur - Çinlə müharibə hazırlığı

Hindistan hakimiyyəti Çinlə mümkün münaqişəyə hazırlaşmaq məqsədilə Himalay dağlarında yolların, tunellərin və uçuş-enmə zolaqlarının tikintisinə yüz milyonlarla dollar vəsait xərcləyir.

Bu barədə ABŞ-ın "The Wall Street Journal" qəzeti məlumat yayıb.

Nəşrin məlumatına görə, Hindistan qış aylarında təcrid vəziyyətində qalan yüksək dağlıq əraziləri hərbi postlar və mülki yaşayış məntəqələri ilə birləşdirməyi planlaşdırır.