Logo
news content
User
Kateqoriyalar

Xəbər

HƏMAS Məhəmməd Sinvarın və Əbu Ubeydənin ölümünü təsdiqləyib

HƏMAS qruplaşması hərəkatın hərbi qanadı olan "İzzəddin əl-Qassam Briqadaları" qruplaşmasının rəhbəri və rəsmi nümayəndəsinin ölümünü təsdiqləyib.

Müvafiq bəyanatla radikalların yeni nümayəndəsi çıxış edib.

"İzzəddin əl-Qassam Briqadaları"nın rəhbəri Məhəmməd Sinvar Qəzzada həlak olub. Həmçinin qruplaşmanın rəsmi nümayəndəsi Əbu Ubeydənin öldürüldüyünü də təsdiqləyirik, lakin biz onun işini davam etdirəcəyik", - HƏMAS-ın hərbi qanadının yeni nümayəndəsi vurğulayıb.