Hədə-qorxu ilə pul tələb edən jurnalistlər barəsində HÖKM DƏYİŞDİRİLDİ
30 İyul 2022
Hədə-qorxu ilə pul tələb etməkdə təqsirli bilinərək 7 il azadlıqdan məhrum edilmiş jurnalistlər Asəf Novruzov və Məhsud Səfərovla bağlı hökmdən verilmiş şikayətə baxılıb.
Bakı Apellyasiya Məhkəməsində araşdırılan işlə bağlı qüvvədə olan hökm dəyişdirilib.
Qərara əsasən, Asəf Novruzov və Məhsud Səfərovun cəzası 5 ilə endirilib. Hökm qalan hissələrdə qüvvədə saxlanılıb.
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb, Asəf Novruzov və Məhsud Səfərov həmin məcəllənin 182.2.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən hədə-qorxu ilə tələb etmə) və 182.2.2-ci (təkrar hədə-qorxu ilə tələb etmə) maddələri ilə ittiham elan edilərək barələrində məhkəmənin müvafiq qərarları ilə həbs qətimkan tədbiri seçilib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə ittiham olunan şəxslər hər biri 7 il azadlıqdan məhrum olunub.