Logo
news content
User
Kateqoriyalar

Xəbər

Gürcüstanın valyuta ehtiyatları 6 milyard dolları keçib

Bu il yanvarın 1-nə Gürcüstan Milli Bankı (GMB) 6 milyard 160 milyon ABŞ dolları valyuta ehtiyatlarına malik olub.

Bu, ötən il yanvarın 1-i ilə müqayisədə 342,6 milyon ABŞ dolları və yaxud 5,9 % çoxdur.

2025-ci ilin mart-noyabr aylarında GMB valyuta bazarında iri məbləğli xalis alışlar həyata keçirib. Belə ki, martda 101,7 milyon ABŞ dolları, apreldə 266,4 milyon ABŞ dolları, mayda 245,4 milyon ABŞ dolları, iyunda 266 milyon ABŞ dolları, iyulda 416,9 milyon ABŞ dolları, avqustda 199,6 milyon ABŞ dolları, sentyabrda 100 milyon ABŞ dolları, oktyabrda 167,4 milyon ABŞ dolları, noyabrda isə 308,2 milyon ABŞ dolları xalis alış qeydə alınıb və ümumi məbləğ 2 milyard 71,5 milyon ABŞ dolları təşkil edib.

Hesabat tarixinə Gürcüstanın valyuta ehtiyatlarının 16,3 %-ni qızıl təşkil edib, onun ümumi dəyəri 1 milyard 2,3 milyon ABŞ dolları olub. Bu rəqəm qızılın qiymətindəki artım nəticəsində 2 dəfə artıb.

GMB rəsmi beynəlxalq ehtiyatlarla bağlı yenilənmiş məlumatları bu il fevralın 6-da dərc edəcək.