Logo
news content
User
Kateqoriyalar

Xəbər

Gürcüstanda xilasetmə helikopteri qəzaya uğradı - ANBAAN VİDEO

Gürcüstanın Qudauri dağ kurortunda Daxili İşlər Nazirliyinin fövqəladə halların idarə olunması xidmətinə məxsus helikopter qəzaya uğrayıb.

Məlumata görə, xilasetmə xidmətinin helikopteri paraplanı qayaya çırpılmış iki nəfəri dərədən çıxarmağa yollanırmış.

Hadisə yerindən olan görüntülərdən aydın olur ki, pilot idarəetməni itirib.

İlkin məlumatlara görə, helikopterdə beş nəfər - iki pilot və üç xilasedici olub.

Daxili İşlər Nazirliyi hələlik baş verənlərlə bağlı təfərrüatı açıqlamayıb.