Gürcüstan Dövlət Təhlükəsizlik Xidmətinin keçmiş rəisi saxlanılıb
23 Dekabr 2025
Gürcüstanın Dövlət Təhlükəsizlik Xidmətinin keçmiş rəisi Qriqol Liluaşvili Baş Prokurorluqda dindirilmək üçün çağırılıb.
Liluaşvili jurnalistlərə açıqlamasında hansı konkret cinayət işi üzrə ifadə verməyə dəvət olunduğunu bilmədiyini deyib.
Dindirilmədən sonra onun cavabdeh statusu ala bilib-bilməyəcəyi ilə bağlı suala isə Liluaşvili belə cavab verib: "Hər şey Allahın iradəsidir".
Bir qədər sonra Gürcüstanın Baş prokuroru Giorgi Qvarakidze Prokurorluqda keçirilən brifinqdə Dövlət Təhlükəsizlik Xidmətinin keçmiş rəhbəri Qriqol Liluaşvilinin saxlanıldığını açıqlayıb.
Prokurorluğun məlumatına görə, cinayətkar fəaliyyət nəticəsində Qriqol Liluaşvili qohumu Sandro Liluaşvilinin vasitəçiliyi ilə təxminən 1 milyon 365 min ABŞ dolları məbləğində rüşvət alıb.