Logo
news content
User
Kateqoriyalar

Xəbər

General Ərəblinskinin nəticəsi QƏZADA ÖLDÜ - FOTO 

Avqustun 26-sı günorta saatlarında Goranboy rayonu ərazisində baş vermiş avtoqəza nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçusu Ərəblinski Vahid Marif oğlunun həlak olması ilə bağlı məlumatı təsdiq edirik.




Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Faktla bağlı araşdırma aparılır.

Müdafiə Nazirliyinin rəhbərliyi hərbi qulluqçumuzun yaxınlarına dərin hüznlə başsağlığı verir və səbir diləyir.

Allah rəhmət eləsin!

Qeyd edək ki, Vahid Ərəblinski general Balakişi Ərəblinskinin nəticəsidir. Bu barədə Zaqatalada yaşayan Ərəblinskilər ailəsindən məlumat verilib. Bildirilib ki, Vahid Ərəblinski bu gün Goranboy rayonu ərazisində baş verən avtomobil qəzasında həyatını itirib. V.Ərəblinski müddətdən artıq xidmət edən (MAXE) hərbi qulluqçu olub.