Logo
news content
User
Kateqoriyalar

Xəbər

Finlandiya “Jokerita” stadionunu rus sahiblərindən almağı planlaşdırır

Finlandiyada sahibləri Roman Rotenberq və Gennadi Timçenko olan “Jokerita” arenasının müsadirə olunacağı planlaşdırılır.

"Helsingin Sanomat" xəbər verir ki, hazırda bununla bağlı qanun layihəsi müzakirə edilir.

Təklifin əsas təşəbbüskarı Helsinki merinin müavini Paavo Arximyakidir.

Onun sözlərinə görə, ölkə parlamenti sözügedən qanunun qəbulu ilə digər Avropa ölkələrindəki nümunələrə əsasən, adıçəkilən rusiyalı iş adamlarının əmlakını müsadirə etmək mümkün olacaq.

Mer müavini əlavə edib ki, şəhər rəhbərliyinin bunu etməyə səlahiyyəti yoxdur.