Logo
news content
User
Kateqoriyalar

Xəbər

Filippinin keçmiş prezidenti Fidel Valdez Ramos vəfat edib

Filippinin keçmiş prezidenti Fidel Valdez Ramos 94 yaşında vəfat edib.

Bu barədə dövlət başçısı yanında ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Triksi Kruz-Anceles sosial media hesabında yazıb.

O bildirib ki, Ramos Filippinin həm hərbçi, həm də dövlət başçısı kimi əhəmiyyətli dəyişikliklərə, islahatlara imza atıb.

O, həmçinin əlavə edib ki, bütün ölkə onun ailəsinə, dostlarına və həmfikirlərinə rəğbət bəsləyir.

Qeyd edək ki, Fidel Valdes Ramos Filippinin 12-ci prezidenti kimi 1992-1998-ci illərdə hakimiyyətdə olub. O, özünü sağçı siyasətçi kimi göstərdi. Prezident Ferdinand Markosun diktaturasına etirazlar zamanı müxalifəti dəstəkləyib və Korazon Akinoya hərbi çevriliş etməyə kömək edib. Hakimiyyətə gəldikdən sonra o, Ferdinand Markosun "demokratik inqilabı" dövrünün sosialist islahatlarından fərqli olaraq bazar islahatları, özəlləşdirmə və xarici investisiyaların cəlb edilməsi siyasətini davam etdirib.