Logo
news content
User
Kateqoriyalar

Xəbər

Eston general: “Ukraynanın əks-hücum üçün10 həftə vaxtı qalıb”

“Hər iki tərəfin irimiqyaslı hücumlar təşkil etmək üçün səkkiz-on həftə vaxtı var. Payızın yaxınlaşması ilə vaxt daralır”.

Bu barədə Estoniyalı general-mayor Veyk-Vello Palm bildirib.

Palm qeyd edib ki, taktiki cəhətdən Rusiya qüvvələri irəliləməyə davam edir. Ona görə də onların tam şəkildə dayandırıldığını söyləmək olmaz.

“Ukrayna Silahlı Qüvvələri böyük hücum əməliyyatları keçirmir. Böyük hücumlar üçün vaxt pəncərəsi nisbətən qısadır - səkkiz həftədən on həftəyə qədər. Oktyabrın ortalarından hücum təşkil etmək çox çətin olacaq”, - deyə Palm vurğulayıb.