Logo
news content
User
Kateqoriyalar

Xəbər

Ermənistanın dövlət borcu 45,2% artıb - Paşinyanın dövründə

2020-ci il iqtisadi böhranının nəticələrini yumşaltmaq və siyasi problemləri həll etmək üçün Ermənistan hökuməti dövlət borcunu artıraraq 9,97 milyard dollara çatdırıb.

“News.am” xəbər verir ki, 2021-ci ildə Ermənistanın dövlət borcu 1,3 milyard dollar və ya 16% artdığı halda, cari ilin yanvar-iyul aylarında bu rəqəm 748,36 milyon dollar təşkil edib.

Hazırkı hökumət isə dövlət borcunu 3,1 milyard dollar və ya 45,2% artırıb.

Qeyd olunub ki, bu ilin yeddi ayında İrəvanın daxili borcu 219,4 milyard dram və ya 18,4% artıb. O cümlədən, 2022-ci ilin iyulunda Ermənistanın dövlət borcunun 58,6%-ni xarici, 41,4%-ni isə daxili borclar təşkil edib.