Ermənistan‑Gürcüstan sərhədində 5 kilometrlik növbə yaranıb
04 Yanvar 2026
Ermənistan‑Gürcüstan sərhədində 5 kilometrlik növbə yaranıb.
Bu barədə "Sputnik Armenia"ya xəbər verir.
Bildirilib ki, növbə beynəlxalq əhəmiyyətli "C‑7" magistralında - Sadaxlı yaşayış məntəqəsindən başlayır. Nəqliyyat vasitələrinin sərhədi keçmə müddətinin 3 saata çatdığı qeyd olunub.
Növbənin əsas səbəbi kimi Yeni il bayramı ilə bağlı Gürcüstana gedən vətəndaşların kütləvi şəkildə Ermənistana geri dönməsi göstərilir.