Logo
news content
User
Kateqoriyalar

Xəbər

Ermənilər yenə küçələrə axışacaqlar

Ermənistanda yenidən Baş nazir Nikol Paşinyana və onun hakimiyyət komandasına qarşı etiraz aksiyalarına start veriləcək.

Bu barədə Ermənistan mətbuatı yazır.

Məlumata görə, “Müqavimət” hərəkatı sentyabın 2-də İrəvanda mitinq keçirəcək. Etiraz aksiyası yerli vaxtla saat 19:30-da “Fransa” meydanında təşkil olunacaq.

Qeyd edək ki, hərəkatın əvvəlki aksiyaları zamanı 2 500 nəfərə yaxın müxalifətçi polis bölmələrinə aparılaraq günlərlə orada saxlanılıb. Aksiyaçılardan bəziləri polis bölmələrində fiziki təzyiqlərə və təhqirlərə məruz qalıblar.