Logo
news content
User
Kateqoriyalar

Xəbər

Ermənilər jurnalistlərin Qarabağa səfərinə qadağa qoyulmasını tələb edirlər

Qarabağın "Təhlükəsizlik Şurasının katibi" Vitali Balasanyan Rusiya sülhməramlılarının komandanlığından onun razılığı olmadan Azərbaycan və digər ölkələrdən olan jurnalistlərin Qarabaga daxil olmasını qadağa qoyulmasını tələb edib. Bu barədə cümə günü Ermənistan mətbuatı məlumat yayıb.

Rusiya sülhməramlılarının Balasanyanın nə cavab verdiyi barədə məlumat verilmir.



Qeyd edək ki, Haqqin.az saytının redaktoru Eynulla Fətullayev avqustun 18-də ermənilərin tərk etdikləri Laçın şəhəri və Zabux kəndinə səfər edib. O, özünü beynəlxalq təşkilatın əməkdaşı kimi təqdim edib və ermənilər onu azərbaycanlı oldugunu anlamayıb. Onun azərbaycanlı jurnalist oldugu məlum olanda, erməni tərəfi Rusiya sülhməramlılarının hərəkətindən hiddətlənib. (Turan)