Logo
news content
User
Kateqoriyalar

Xəbər

Ərəb ölkələrində boşanmalar niyə artır?

Bir çox ərəb ölkəsi üzrə boşanma statistikası yayılıb. Statistika Misir hökumətinin dəstəyi ilə aparılmış araşdırmaya əsaslanır.

Araşdırma göstərir ki, Küveytdə nikahların 48, Misirdə 40, İordaniyada 37,2, Qətərdə 37, Livanda və Birləşmiş Ərəb Əmirliklərində 34 faizi boşanma ilə nəticələnir.

Boşanmaların artmasını şərh edən mütəxəssislər ilk növbədə qadınların müstəqillik, xüsusilə iqtisadi müstəqillik qazanması imkanlarının artdığını qabardır. Onların fikrincə, qadınların təhsil alıb karyera qurmaq, müəyyən mənada hakimiyyət əldə etmək, boşandıqları halda başqalarına möhtac qalmamaq, özlərini dolandırmaq imkanları artdığı üçün boşanmağa qərar vermək asanlaşıb.