Logo
news content
User
Kateqoriyalar

Xəbər

Ərdoğan və Zelenski arasında görüş olub

Ukraynanın Lvov şəhərində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla ukraynalı həmkarı Volodimir Zelenski arasında görüş keçirilib.

Türkiyə mətbuatı xəbər verir ki, görüş Potoçki sarayında baş tutub.

Liderlər Ukraynadakı müharibəni, o cümlədən taxıl ixracı məsələsini müzakirə ediblər. Müzakirələrdə həmçinin, Zaporojye Atom Elektrik Stansiyası (ZAES) ətrafındakı vəziyyət və ikitərəfli hərbi əməkdaşlıq müzakirə olunub.

Ukrayna Prezidenti Volodimir Zelenski türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla Lvovda keçirilən görüşün təfərrüatını açıqlayıb: “Türkiyə Prezidentinin Ukraynaya səfəri belə bir qüdrətli ölkənin dəstəyinin bariz göstəricisidir. Lvovdakı görüşdə biz Rəcəb Tayyib Ərdoğanla taxıl təşəbbüsünün yaxşılaşdırılması imkanlarını, Zaporojye AES ətrafındakı vəziyyəti müzakirə etdik. Həmçinin müdafiə sahəsində əməkdaşlıq məsələlərinə də toxunduq”.

Bu, Ərdoğanın müharibə başlayandan Ukraynaya ilk səfəridir.

Qeyd edək ki, bundan əvvəl V.Zelenskinin BMT Baş katibi Antonio Quterreşlə görüşü də baş tutub.

İkitərəfli görüşdən sonra BMT Baş katibi Antonio Quterreşin iştirakı ilə üçtərəfli görüş başlayacaq.

Daha sonra liderlərin birgə mətbuat konfransı keçirəcəkləri gözlənilir.