Logo
news content
User
Kateqoriyalar

Xəbər

Elşad Abdullayevə qiyabi hökm oxunub

Ləğv edilmiş Azərbaycan Beynəlxalq Universitetinin sabiq rektoru Elşad Abdullayevin işi üzrə məhkəmə başa çatıb.

Yerli saytların məlumatına görə, bu gün, dekabrın 23-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fəxri Məmmədovun sədrliyi ilə keçirilən prosesdə qiyabi hökm oxunub.

Hökmə əsasən, təqsirləndirilən E.Abdullayev 15 il müddətinə azadlıqdan məhrum edilib.

Baş Prokurorluğun yaydığı məlumata görə, bu il mayın 2-də E.Abdullayev İstintaq idarəsinə çağırılıb.

Çağırışa gəlmədiyi deyilən E.Abdullayev barəsində qiyabi həbs-qətimkan tədbiri seçilib.

İbtidai istintaqın yekununda E.Abdullayevə Cinayət Məcəlləsinin 137.5.2-ci (İnsan orqanlarının və toxumalarının alqı-satqısı, qanunsuz donorluğu və transplantasiyası, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə ...tərəfindən törədildikdə), 213.2.2 (külli miqdarda vergiləri ödəməkdən yayınma), 311.3.1, 311.3.2, 311.3.3 (təkrar külli miqdarda rüşvət alma) və başqa maddələrlə ittiham elan olunub.

Hazırda mühacirətdə olan və bu ittihamları qəbul etməyən E.Abdullayevin qiyabi hökmə münasibətini öyrənmək mümkün olmayıb.