Əfsanəvi canlı yenidən həyata qaytarılır – Fantastik layihə
18 Avqust 2022
1930-cu illərdə nəsli kəsilmiş Tasmaniya canavarını həyata qaytarmaq üçün milyon dollarlıq layihəyə start verilib.
Avstraliya və ABŞ-dan olan tədqiqatçılar kök hüceyrələr və gen bərpa texnologiyasından istifadə edərək ətyeyən Tasmaniya canavarını həyata qaytarıla biləcəyini açıqlayıblar.
Sözügedən layihə zamanı kisəli heyvanlardan oxşar kök hüceyrələri alınaraq nəsli kəsilmiş və ya kəsilməkdə olan canlıları həyata qaytarmaq üçün gen bərpa texnologiyasından istifadə edilməsi planlaşdırılır.
Melburn Universitetindən araşdırmaya rəhbərlik edən professor Endryu Pask 10 il sonra ilk Tasmaniya canavarını əldə edə biləcəklərini söyləyib.
Elm adamları layihəni həyata keçirə bilsələr, bu, nəsli kəsilmiş canlıları həyata qaytarmaq baxımından ilk tarixi hadisə olacaq.
Bəzi elm adamları isə bunu “elmi fantastika" adlandıraraq, layihəyə şübhə ilə yanaşırlar.
Avstraliya DNT Mərkəzinin əməkdaşı Ceremi Ostin nəsli kəsilmiş heyvanların həyata qaytarılmasının mif olduğunu və bu layihənin elmlə heç bir əlaqəsinin olmadığını, əksinə medianın diqqətini cəlb etmək olduğunu iddia edib.
Tasmaniya canavarını adlanan böyük kisəli canlıların sonuncu nümayəndəsi 1930-cu illərdə ölüb.