Logo
news content
User
Kateqoriyalar

Xəbər

Əfqanıstanda saqqal qırxan bərbərlər həbs ediləcəklər

Əfqanıstanda kişi saqqallarını qırxan bərbərlər həbs ediləcəklər.

Bu barədə "The Telegraph" nəşri xəbər verir.

Ölkədə hakimiyyətdə olan taliblərın tətbiq etdiyi qaydalara əsasən, bu cür bərbərlər məhkəmə orqanlarına sövq ediləcəklər. Onları 15 il müddətinədək həbs cəzası gözləyir.

Bildirilir ki, Qərb tərzində saç düzümü təklif edən bərbərlər də cəzaya məruz qalacaqlar.

Daha əvvəl kişi saqqallarının qırxılması ölkədə qadağan olunmuşdu, lakin həbs cəzası nəzərdə tutulmamışdı.