Logo
news content
User
Kateqoriyalar

Xəbər

Əflatun Amaşovu Rəşad Məcid əvəz edəcək?

“525-ci qəzet”in baş redaktoru Rəşad Məcid Mətbuat Şurasının sədri vəzifəsini icra edəcəyi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

O, Mətbuat Şurasının sədri Əflatun Amaşovun istefa verməsi ilə bağlı məlumatlı olmadığını bildirib:

“Mətbuat Şurasının İdarə Heyəti toplanacaq və qurultayın vaxtını təyin edəcəklər. Sədr seçkisi də qurultayda jurnalistlərin iradəsinə bağlıdır”.

Qeyd edək ki, unikal.org saytı Əflatun Amaşovun istefa ərizəsi yazması və onu Rəşad Məcidin əvəz edəcəyi barədə məlumat yayıb.