Logo
news content
User
Kateqoriyalar

Xəbər

Duqinin qızını kim öldürüb? - Naməlum qruplaşma ortaya çıxdı...

Ötən gün Aleksey Duqinin qızı Darya Duqinanın həlak olması ilə nəticələnən teraktın məsuliyyətini Rusiya Milli Respublika Ordusu (MRO) adlı qrup öz üzərinə götürüb.

Axar.az xəbər verir ki, bununla bağlı Yutub sosial şəbəkəsində yayılan “Utro fevralya” kanalı məlumat yayıb.

Bildirilib ki, son aylar Rusiyadakı yanğınları da “Rusiya partizanları” törədib.

Aparıcı İlya Ponomaryov onlarla əlaqə saxladığını bildirib və onlar Rospartizanların Manifestinin oxunması üçün səlahiyyət veriblər.

“Biz, rusiyalı fəallar, hərbçilər və siyasətçilər, hazırkı Milli Respublika Ordusunun partizanları və döyüşçüləri, Rusiya xalqlarının müharibəsini qızışdıranları, soyğunçuları və zalımları qanunsuz hesab edirik” sözləri ilə başlayan bəyanatda Putin hərbi cinayətkar adlandırılır, onun slavyan xalqları arasında qardaş qırğını saldığı deyilir...

Putini devirəcək və məhv edəcəyik! Hədəfimiz - Rusiyanın və onun qonşularının məhvinə son qoyulması, xalqımızın sərvətini sümürmüş, bu gün ölkə daxilində və xaricində cinayətlər törədən bir ovuc Kreml işbazının fəaliyyətini dayandırmaqdır.

Dünya Rusiyaya düşmən deyil, Rusiya da insanlığın düşməni deyil və biz bunu sübut edəcəyik”, - Manifetsdə vurğulanır.

Rus əsgərlərini Suriyada, Gürcüstanda və digər ölkələrdə insanlara atəş açmamağa çağıran Manifestdə qeyd edilir ki, biz Rusiyadakı bütün xalqlara azadlıq verəcəyik və yeni cəmiyyət quracağıq – oliqarxsız, korrupsiyasız, məmur özbaşınalığı olmayan bir cəmiyyət.

İ.Panamaryov Milli Respublika Ordusunun fəaliyyətini dəstəklədiyini də bildirib və bütün rusiyalıları MRO-ya dəstəyə çağırıb.

Efirə MRO-nun partizanı da çıxıb. Üzü bağlı olan partizan Putinə qarşı fikirlər səsləndirib və bildirib ki, 20 illik diktaturaya son qoymağın vaxtıdır.

https://www.youtube.com/watch?v=pofT8V8vytc