"Chevron" və "Quantum" "Lukoil"un 22 milyard dollarlıq aktivlərini almaq istəyir
08 Yanvar 2026
"Chevron" və "Quantum Energy Partners" özəl investisiya qrupu Rusiyanın "Lukoil" neft şirkətinin beynəlxalq aktivlərini almaq üçün birgə təklif üzərində çalışır. "The Financial Times" yanvarın 7-də bu aktivlərin dəyərinin 22 milyard dollar olduğunu yazıb.
"Reuters" "Chevron", "Quantum", "Lukoil" və Ağ evdən şərh ala bilməyib.
Agentlik noyabrda "Chevron"un "Lukoil"un qlobal aktivlərini almaq variantlarını yazmışdı. Dekabrda isə Səudiyyə Ərəbistanının "Midad Energy" şirkətinin "Lukoil"un beynəlxalq aktivlərini almaq üçün əsas iddiaçılardan biri olduğunu yazmışdı.
FT-”nin məlumatına görə, razılaşma əldə olunarsa, "Chevron" və "Quantum" "Lukoil"un aktivlərini öz aralarında bölüşdürməyi planlaşdırır.