Logo
news content
User
Kateqoriyalar

Xəbər

Bu ölkədə il ərzində 122 hüquq müdafiəçisi öldürülüb

2022-ci ilin ilk 7 ayı ərzində Kolumbiyada 122 hüquq müdafiəçisi öldürülüb.

Bu barədə statistikanı Kolumbiya Ombudsmanının Ofisi yayıb.

Məlumatda bildirilir ki, 1 yanvar 2022 – 31 iyul 2022-ci il tarixlərində 122 hüquq müdafiəçisi öldürülüb. Ötən ilin müvafiq dövründə isə hüquq müdafiəçiləri arasında öldürülənlərin sayı 90 nəfər idi.

Hüquq müdafiəçilərinə qarşı hücumları əsasən narkotik alverçiləri, gerillalar, bəzi hallarda isə dövlət məmurları törədir.