Logo
news content
User
Kateqoriyalar

Xəbər

Bu ölkə də eynicinsli cütlüklərin nikahına icazə verdi

Daha bir ölkədə eynicinsli cütlüklərin nikahı qanuniləşdirilib.

Andorra Parlamentində eynicinsli cütlüklərin evlənməsi ilə bağlı qanun layihəsi səsverməyə çıxarılıb.

Qanun səsçoxluğu ilə qəbul edilib. Qanunun qüvvəyə minməsi üçün həmşəhzadələr - Fransa prezidenti Emmanuel Makron, Urgel yepiskopu Joan Enrik Vives və Siciliya imzalamalıdırlar.

Qeyd edək ki, bundan əvvəl Sloveniyada da eynicinslilərin evlənməsinə qanuni şəkildə icazə verilib.

2021-ci ilin rəsmi hesablamalarına görə, 34 ölkə öz konstitusiyalarına eynicinsdən olan cütlüklər arasında nikahın qarşısını almağa yönəlik maddələr daxil edib.