Logo
news content
User
Kateqoriyalar

Xəbər

Brüssel görüşü ərəfəsində Rusiyadan bəyanat: Azərbaycanın Avrasiya İqtisadi İttifaqı ilə əməkdaşlıq potensialı böyükdür

“Azərbaycanın Avrasiya İqtisadi İttifaqı (Aİİ) ilə dialoqunun hər hansı bir formatda inkişafı sözsüz ki, bütün region üçün hiss olunan effekt verər”.

Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.

“Öz tərəfimizdən Azərbaycan Baş nazirinin Avrasiya İqtisadi İttifaqının hökumət sədrlərinin iclasında iştirakını müsbət qiymətləndiririk. Fikrimizcə, Bakı ilə Aİİ-nin əməkdaşlıq potensialı olduqca yüksəkdir. Biz bu cür əməkdaşlığın böyük perspektivini götürürük. Eləcə də, hesab edirik ki, bu əməkdaşlıq Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesinin xeyrinə olacaq. Əminik ki, Azərbaycanla Aİİ arasında nəqliyyat sahəsində əməkdaşlığın dərinləşməsi ölkələrimiz arasında ticarət dövriyyəsini artırmağa və birgə infrastruktur layihələrinin həyata keçirilməsinə imkan verəcək”, - deyə Rusiya XİN rəsmisi vurğulayıb.