Logo
news content
User
Kateqoriyalar

Xəbər

"Birinci Zelenskiyə zəng edəcəyəm" - Trass

Hakim Mühafizəkarlar Partiyasının lideri və ölkənin Baş naziri postuna iddia edən Böyük Britaniyanın xarici işlər naziri Liz Trass qalib gələcəyi təqdirdə zəng edəcəyi ilk lider Ukrayna Prezidenti Volodimir Zelenskinin olacağını söyləyib.

“TASS” xəbər verir ki, bu barədə Trass Londonda Mühafizəkarlar Partiyasının üzvləri ilə görüşü zamanı bildirib:

“Mən ukraynalılara göstərmək istəyirəm ki, onlar Böyük Britaniyanın tam dəstəyini almağa davam edəcəklər. Bunun Prezident Zelenski və Ukrayna hökuməti üçün nə qədər vacib olduğunu bilirəm”.