Logo
news content
User
Kateqoriyalar

Xəbər

Azərbaycanda əhalisi 50 nəfərdən də az olan kəndlər var...

Dövlət Statistika Komitəsi (DSK) Azərbaycanda yaşayış məntəqələrinin bu ilin əvvəlinə olan demoqrafiq göstəricilərini açıqlayıb. Ölkədəki 63 rayondan yalnız birinin – Xızı rayonunun əhalisi 20 min nəfərdən azdır. 13 rayonun əhalisi 20-50 min arasıdır. Əhalisi 50-100 min nəfər olan 20 rayon var. 29 rayonda isə 100 min nəfərdən çox sakin yaşayır. Başqa deyimlə, Azərbaycandakı rayonların cəmi 46 faizinin 100 min nəfərdən çox əhalisi var.

Ölkədə sayca ən çox yaşayış məntəqəsi kəndlərdir. Bu ilin əvvəlinə olan göstəriciyə görə, Azərbaycanda 4 min 246 kənd var. Qarabağ iqtisadi rayonundakı kəndlərin bəzisi Azərbaycanın nəzarətində olmadığından toplam 4 min 78 kəndin əhalisi haqqında bilgilər dərc edilib. Bu kəndlərdən 129-nun əhalisi 50 nəfərdən də azdır. Əhali sayı 50-100 nəfər arasında olan kəndlərin sayı 164-dür. Azərbaycanda əhalisi 5 min nəfərdən çox 97 kənd var.

Cədvəl: Sakin sayı baxımından kəndlərin sayı












































Əhali sayıKəndlərin sayıXüsusi çəki (%)
1-50 nəfər1293.2
51-100 nəfər1644
101-500 nəfər124530.5
501-1000 nəfər96823.7
1001-3000 nəfər125630.8
3001-5000 nəfər2195.4
5000-dən çox972.4



Gənc ailələr nə zaman evə sahiblənəcək?
BUNA DA BAX:

Son 10 ildə Azərbaycan əhalisi: Nə dəyişib?





Ən böyük respublika tabeli şəhərlər


Azərbaycanda 11 respublika tabeli şəhər var. Onlardan biri – Xankəndi şəhəri Azərbaycanın nəzarətində deyil. Statistik göstəricilərdən aydın olur ki, respublika tabeli şəhərlər arasında ən az əhalisi olan Naftalan şəhəridir.

Cədvəl: Respublika tabeli şəhərlərin 01.01.2022-ci ilə olan əhali sayı



























































 ŞəhərlərRəsmi əhali sayı
1Bakı şəhəri2 milyon 303 min
2Sumqayıt şəhəri346 min 800
3Gəncə şəhəri335 min 800
4Mingəçevir şəhəri106 min 600
5Naxçıvan şəhəri95 min 600
6Şirvan şəhəri88 min 200
7Şəki şəhəri65 min 800
8Yevlax şəhəri63 min 300
9Lənkəran şəhəri52 min 900
10Naftalan şəhəri10 min 300


Diqqətə yetirilən göstəricilər məhz rəsmi əhali sayını göstərir. Azərbaycanda özəlliklə Bakının gerçək əhali sayı daim dartışmalar doğurur. Rəsmi rəqəmlərə görə, paytaxtda 2 milyon 300 min nəfər yaşasa da, müxtəlif alternativ hesablamalar şəhərin real əhali sayının 3 milyon nəfəri aşdığını göstərir.

Ən çox və ən az əhalisi olan rayonlar


Azərbaycanda inzibati baxımdan 14 iqtisadi rayon var. İqtisadi rayonlardan biri – paytaxt Bakı ayrıca iqtisadi rayon sayılır. Digər 13 iqtisadi rayonun tərkibinə bir neçə rayon və şəhər daxildir. Ancaq maraqlıdır ki, bununla belə təkcə Bakıda yaşayanların sayı digər iqtisadi rayonların əhali sayını bir neçə dəfə qabaqlayır.

Cədvəl: 01.01.2022-ci il tarixinə iqtisadi rayonlar üzrə əhali sayı















































































 İqtisadi rayonlarRəsmi əhali sayı
1Bakı şəhəri2 milyon 303 min
2Lənkəran-Astara959 min 400
3Qarabağ907 min 900
4Mərkəzi Aran743 min 200
5Qazax-Tovuz690 min 600
6Şəki-Zaqatala632 min 900
7Gəncə-Daşkəsən612 min 100
8Abşeron-Xızı579 min 900
9Quba-Xaçmaz561 min 800
10Mil-Muğan526 min 400
11Şirvan-Salyan504 min 300
12Naxçıvan MR463 min
13Şərqi Zəngəzur345 min 000
14Dağlıq Şirvan326 min 800


Respublika tabeli şəhərlər nəzərə alınmasa, ölkədə ən çox əhalisi olan ilk üç rayonun üçü də Lənkəran-Astara iqtisadi rayonundadır. Bu ilin əvvəlinə olan göstəriciyə görə, söhbət Lənkəran, Masallı və Cəlilabad rayonlarından gedir. Hazırda Lənkəran rayonunun 231 min 600 nəfər, Masallı rayonun 230 min, Cəlilabad rayonunsa 229 min 700 nəfər əhalisi var.

Cədvəl: 01.01.2022-ci il tarixinə ən çox əhalisi olan 10 rayon



























































 RayonlarRəsmi əhali sayı
1Lənkəran rayonu231 min 600
2Masallı rayonu230 min
3Cəlilabad rayonu229 min 700
4Şəmkir rayonu221 min 800
5Abşeron rayonu215 min 800
6Ağdam rayonu205 min 800
7Şəki rayonu189 min 700
8Xaçmaz raynu182 min 200
9Sabirabad rayonu181 min 800
10Tovuz rayonu179 min 200


Əhali baxımından ən kiçik rayonlara gəlincə, bu ilin əvvəlinə olan göstəricilərə görə, ölkədə ən az əhalisi olan rayon Xızıdır. Xızı rayonunun əhalisi cəmi 17 min 300 nəfərdir. Əhali sayı az olan digər rayonlar Sədərək (22 min 700), Şahbuz (25 min 300), Xocalı (29 min 100) və Kəngərlidir (33 min 100). Maraqlıdır ki, əhali sayı baxımından ən az göstəricisi olan ilk beş rayondan üçü Naxçıvan Muxtar Respublikasına daxildir.