Logo
news content
User
Kateqoriyalar

Xəbər

Azərbaycanda borca görə 33 nəfər saxlanıldı

İyulun 29-da ölkə ərazisində qeydə alınan cinayətlərdən 44-nün, eləcə də əvvəlki dövrlərdən bağlı qalan cinayətlərdən 5-nin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.

DİN-dən verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 52, o cümlədən borclu şəxs qismində axtarışda olan 33 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında ölümlə nəticələnən 2 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 2 nəfər ölüb, 2 nəfər isə xəsarət alıb.

Narkotiklərlə əlaqəli 16, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 5 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 30 nəfər saxlanılıb.