Logo
news content
User
Kateqoriyalar

Xəbər

Aygün Kazımovanın oxuduğu müğam trendə çevrildi - VİDEO

Xalq artisti Aygün Kazımovanın 22 il əvvəl “Ya devuşka vostoçnaya” konsertində oxuduğu muğam yenidən gündəmə gəlib.

Video əvvəlcə “TikTok” sosial şəbəkəsində tirajlanmağa başlayıb, trendə çevrilib.

Daha sonra bu trendə tanınmışlar da qoşulub. Əməkdar artist Səbubər İsgəndərli sözügedən videonu feysbuk səhifəsində “gözəl Aygün” yazaraq paylaşıb.

Müğənni Nura Suri isə həmin videonu A. Kazımovanın konsertində muğam ifasından əvvəl işlətdiyi “nə var, gözləmirdiniz?” şərhi ilə paylaşıb.