Amnistiya Aktının icrasına başlanıb
22 Dekabr 2025
Bu gün, dekabrın 22-də üç gün əvvəl Milli Məclisdə qəbul edilən Amnistiya aktının icrasına başlanıb.
Ədliyyə Nazirliyinin penitensiar müəssisələri üzrə amnistiya aktının tətbiq ediləcəyi məhkum sayı 8 minə yaxındır. İlkin siyahıya əsasən, 5 minə yaxın şəxsin azadlıqdan məhrumetmə cəzasından azad edilməsi nəzərdə tutulur. Həmçinin cəzası 6 ay azaldılacaq məhkumların sayı 3 minə yaxındır.