Logo
news content
User
Kateqoriyalar

Xəbər

Alabayları ölkədən çıxarmaq olmaz - Berdiməhəmmədov qanun imzaladı

Türkmənistanda alabayların ölkədən çıxarılması məhdudlaşdırılıb.

Müvafiq qanunu ölkə prezidenti Serdar Berdiməhəmmədov imzalayıb.

Qərarın heyvanın populyasını qorumaq məqsədilə qəbul edildiyi bildirilib.

Bundan sonra iti ölkədən çıxarmaq üçün səlahiyyətli orqanın icazəsi lazım olacaq. Bu icazə isə hökumət üzvləri ilə birgə veriləcək.

Həmçinin, Alabay cinsindən olan bütün küçüklər xüsusi dövlət reyestrinə daxil ediləcək. İtlərin pasportlarında ev heyvanları haqqında məlumatlar - doğum tarixi, cins, rəng və digər detallar əks olunacaq.