Logo
news content
User
Kateqoriyalar

Xəbər

ABŞ Ukraynaya rekord yardım ayıracaq - 3 milyard dollarlıq

ABŞ Ukraynaya 3 milyard dollarlıq hərbi yardım paketi elan edəcək.

"Associated Press"n xəbər verir ki, paket avqustun 24-ü Ukraynanın Müstəqillik Günündə elan ediləcək.

Bundan əvvəl ABŞ dövlət katibi Entoni Blinken Cozef Baydenin administrasiyası dövründə Ukraynaya ayrılan hərbi yardımın ümumi məbləğinin 10 milyard dolları ötdüyünü bildirib.

Birləşmiş Ştatlar, həmçinin Kiyevə 1 500 tank əleyhinə “Tou” raketi, HARM antiradar raketi və 1 000 ədəd “Javelin” tank əleyhinə raket kompleksi verəcək. Qeyd olunur ki, yardım Baydenin fərmanı əsasında həyata keçiriləcək.