ABŞ Rusiyanın "kölgə donanması"na məxsus ikinci tankeri ələ keçirib
08 Yanvar 2026
ABŞ konkret bir ölkəyə məxsus olmadığı bildirilən "Sophia" adlı Venesuela nefti daşıyan daha bir tankeri ələ keçirib.
Bu barədə Ağ Evin mətbuat katibi Kerolayn Livitt məlumat verib.
Livittin sözlərinə görə, 7 yanvarda Pentaqon və ABŞ Daxili Təhlükəsizlik Departamenti birgə əməliyyat nəticəsində "Sophia" adlı başqa bir tankeri ələ keçirib.
"Bu, heç bir ölkəyə məxsus olmayan, sanksiyalı, kölgə donanmaya aid tankerdir və ələ keçirilmə heç bir insident olmadan həyata keçirilib", - Livitt deyib.