Logo
news content
User
Kateqoriyalar

Xəbər

ABŞ: Rusiya ordusu Ukrayna ərazisində nəzarəti itirib

"Martın sonundan etibarən Rusiya ordusu Ukrayna ərazisində nəzarəti itirib".

Bu barədə ABŞ-ın Müharibə Tədqiqatları İnstitutu məlumat yayıb.

"Rusiyanın müdafiə naziri Sergey Şoyqu bildirib ki, Rusiya Ukraynadakı hərbi əməliyyatların sürətini bilərəkdən azaldır. Bu bəyanat Rusiyanın Ukraynadakı son 6 həftə ərzindəki sadəcə kiçik nailiyyətlərini izah etmək üçündür”, - məlumatda qeyd olunub.

ABŞ institutu iddia edir ki, müvəqqəti işğal olunmuş ərazilərdə Rusiya tərəfi ciddi problemlərlə üzləşir: "Ukrayna qüvvələri Xerson və Zaporejyedə Rusiya hərbi obyektlərinə və kommunikasiya xətlərinə zərbələr endirməkdə davam edir".