Logo
news content
User
Kateqoriyalar

Xəbər

ABŞ Qrenlandiya sakinlərini satın almaq istəyir - Milyardlarla dollarlıq ödənişlər

Tramp administrasiyası Qrenlandiya sakinlərini Danimarkadan ayrılmağa razı salmaq üçün onlara adambaşına 10 000 ilə 100 000 dollar arasında birdəfəlik ödəniş etməyi müzakirə edib.

Bu barədə "Reuters" öz mənbələrinə istinadən məlumat yayıb.

İki həmsöhbət bildirib ki, bu cür ödənişlərin dəqiq məbləği, eləcə də onların təşkili mexanizmi hələ müəyyən edilməyib.

Agentliyin qeyd etdiyi kimi, bu təşəbbüs, Kopenhagenin Qrenlandiyanın satılmadığı barədə açıqlamalarına baxmayaraq, ABŞ-nin təxminən 57 000 əhalisi olan bir adanı necə almağa cəhd edə biləcəyinin izahı kimi xidmət edir.

Tramp dəfələrlə Qrenlandiyanın ABŞ-a birləşməsinin vacibliyini bildirib. Birinci səlahiyyət müddətində o, adanı satın almağı təklif etmiş və 2025-ci ilin mart ayında adanın ilhaq edilə biləcəyinə əminliyini bildirmiş və imtina edəcəyi təqdirdə Kopenhageni ticarət tarifləri ilə hədələmişdir.

Danimarka Baş naziri Mette Frederiksen bu iddiaları rədd edərək, adanın krallığın bir hissəsi olduğunu vurğulayır.