Logo
news content
User
Kateqoriyalar

Xəbər

ABŞ-dan PKK terrorçularına yeni dəstək: 80 yük maşınından ibarət karvan - FOTO

ABŞ terror təşkilatı PKK/YPG-yə dəstəyini artırmağa davam edir.

Son olaraq Suriyanın şimal-şərqində silah və ləvazimatlarla dolu 80 yük maşınından ibarət karvan ələ keçirilib.

Amerika Birləşmiş Ştatlarına məxsus yük maşınları silah-sursat, nəqliyyat vasitələri və logistika materialları ilə dolu olub. Karvan Suriyanın terror təşkilatı PKK/YPG-nin işğalı altında olan şimal-şərqinə daxil olub.

Karvanın Suriyanın Haseke şəhərinin Kamışlı rayonundan keçdiyi görüntülənib. Bununla da ABŞ-ın bu il terror təşkilatının işğal etdiyi bölgələrə göndərdiyi hərbi texnika ilə dolu yük maşınlarının sayı 1205-ə çatıb.