Logo
news content
User
Kateqoriyalar

Xəbər

İran yığması ABŞ-dakı dünya çempionatına qatıla bilər, amma... - Tramp

ABŞ Prezidenti Donald Tramp bildirib ki, İran futbol yığmasının Dünya Çempionatında iştirakını arzuolunmaz hesab edir.

O, bu barədə "Truth Social" sosial şəbəkəsində yazıb.

"İranın futbol yığması Dünya Çempionatına dəvət olunub, lakin mən hesab edirəm ki, onların orada iştirakı öz həyatları və təhlükəsizlikləri baxımından məqsədəuyğun deyil. Bu məsələyə diqqət yetirdiyiniz üçün təşəkkür edirəm", - Tramp bildirib.

Bununla yanaşı, İranın idman naziri Əhməd Dünyamalı bir gün əvvəl bildirib ki, İslam Respublikası 2026-cı il futbol üzrə Dünya Çempionatında iştirak etməyəcək.

Qeyd edək ki, futbol üzrə dünya çempionatı iyunun 11-dən 19-dək ABŞ, Kanada və Meksikada keçiriləcək. Bununla belə, oyunların əksəriyyəti ABŞ ərazisində keçiriləcək. İran yığması Belçika, Misir və Yeni Zelandiya komandaları ilə eyni qrupa düşüb.