ABŞ-da sinaqoqa hücum edən silahlı şəxs öldürülüb
13 Mart 2026
ABŞ-nin Miçiqan ştatının Vest-Blumfild şəhərindəki sinaqoqa hücum edilib.
“Associated Press” xəbər verir ki, hələ adı açıqlanmayan şəxs sinaqoqun binasına avtomobilini çırpıb. Nəticədə nəqliyyat vasitəsi alovlanıb.
Hadisədən sonra silahlı şəxs təhlükəsizlik işçiləri tərəfindən öldürülüb. Oakland dairəsinin şerifi Mayk Buşar rəsmi olaraq təhlükəsizlik işçilərinin təcavüzkara qarşı ölümcül güc tətbiq etdiyini təsdiqləyib.
Müstəntiqlər ölənin şəxsiyyətini müəyyən etmək üçün çalışırlar.