Logo
news content

Türkiyə üzünü Şərqə çevirir
BRICS-in faydası olacaqmı?

Türkiyənin BRICS-ə üzv olmaq üçün sözdən əmələ keçib. Rusiya prezidentinin köməkçisi Yuri Uşakov bildirib ki, Türkiyə üzv olmaq üçün ərizə təqdim edib və BRICS ölkələri Türkiyənin assosiasiyada iştirakı ilə bağlı müraciətinə baxacaqlar. Məlumata görə, Türkiyə hakimiyyəti bir neçə ay əvvəl BRICS-ə üzv olmaq üçün müraciət edib. Ankaranın bu istəyinə isə BRICS-in oktyabrın 22-24-də Kazanda keçiriləcək sammitində baxıla bilər. Çünki Kazan sammitində BRICS-in genişlənməsinin əsas müzakirə mövzusu olacağı gözlənilir. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan da məhz buna görə sammitə dəvət edilib.

Nüfuzlu Bloomberg agentliyinin sentyabrın 2-də yaydığı məlumatda deyilirdi ki, Türkiyə qlobal təsirini gücləndirmək və ənənəvi Qərb müttəfiqlərindən kənarda yeni əlaqələr qurmaq üçün BRICS-ə rəsmi müraciət edib. Məlumatda qeyd edilirdi ki, Türkiyə Avropa İttifaqına üzv olmaq üçün onilliklər boyu davam edən cəhdində irəliləyiş əldə olunmamasından məyusluq olaraq, üzünü BRİCS-ə çevirib. Qeyd edək ki, hələ ötən ilin iyul ayında Rusiyanın “İzvestiya” qəzeti BRICS beynəlxalq forumunun prezidenti Purnima Ananda istinadən Ankaranın təşkilata üzv olmağa hazırlaşması haqqında məlumat yaymışdı.

Çox maraqlıdır ki, Türkiyənin BRICS-ə qoşulmaq üçün bir neçə ay öncə müraciət etdiyi haqqında məlumatlar yayılsa da, Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) rəsmi nümayəndəsi Ömər Çelik sentyabrın 3-də bu məsələ ilə bağlı açıqlamasında bildirib ki, prezident Ərdoğan dəfələrlə BRICS-ə qoşulmaq istəy...

lock icon

Yazını tam oxumaq üçün