Logo
news content

Gözlənilməz qələbə: İranı və dünyanı nə gözləyir?
Yeni prezident əsas mesajını məqaləsinin son cümləsində verib

İbrahim Rəisinin müəmmalı helikopter qəzasında ölümü və türk kimliyini qabardan islahatçı Məsud Pezeşkianın növbədənkənar prezident seçkilərində gözlənilməz qələbəsi İranda bir mərhələnin sonu, yeni mərhələnin başlanğıcı olacaq. 

Mərhum İbrahim Rəisi İranda mühafizəkarların təmsilçisi, şəriət qaydalarına güzəştsiz əməl olunmasının qatı tərəfdarı, İslam Respublikasının tarixində Ali Rəhbər Seyid Əli Xameneiyə ən yaxın olan prezident hesab olunurdu. Məhsa Əminiyə qarşı polisin qəddar davranışını sanksiyalaşdıran qanunvericilik aktını - dini geyim qaydalarına aid məhdudiyyətlər siyahısını genişləndirən sərəncamı İbrahim Rəisi Məhsa Əmininin ölümündən cəmi bir həftə öncə, 15 avqust 2022-ci ildə imzalamışdı. Məhsa Əmininin qətlindən sonra şəriət qaydalarına qarşı “Qadın, həyat, azadlıq” şüarı ilə başlayan və bütün İranı bürüyən irimiqyaslı etirazların qəddarlıqla dağıdılmasında Rəisi böyük rol oynamışdı. Buna görə Məhsa Əmininin və etirazların dağıdılması zamanı 500 nəfərdən artıq insanın öldürülməsinin məsuliyyəti məhz onun üzərinə düşürdü. 

Etirazların qəddarlıqla dağıdılmasını sərt tənqid edən Pezeşkianın qələbəsinin İranda nəyi dəyişə biləcəyi, bu dəyişikliyin regionda və bütün dünyada nələrə səbəb ola biləcəyi geniş müzakirə olunur. 

Öncə qeyd edək ki, Pezeşkianın qələbəsinin İranda hansı dəyişikliklərə səbəb olacağını müzakirə edənlər bu qələbənin İran cəmiyyətindəki dəyişikliklərin nəticəsi olduğunu görmürlər. Məzhəbçi dini kimlik üzərində qurulmuş teokratik rejimin hakim oldu...

lock icon

Yazını tam oxumaq üçün