Prezident seçkisi qədər önəmli - TƏHLİL
Konqresə seçkilər nə vəd edir?
06 Avqust 2024
Hazırda Konqresin üst palatası hesab olunan Senatda demokratların, alt palatası hesab olunan Nümayəndələr Palatasında isə respublikaçıların üstünlüyü var. Konqresin yalnız alt palatasında üstünlüyə malik olan respublikaçıların prezident Baydenin siyasətini həyata keçirməsinə nə qədər maneə yaratmaq gücündə olduğunu ABŞ-nin Ukraynaya yardımı ilə bağlı qanunvericilik aktının uzun müddət imkan verməməklərii aydın göstərdi.
Prezident Senatın razılığı olmadan kadr təyinatı apara, Nümayəndələr Palatasının razılığı olmadan büdcə vəsaitlərini xərcləyə bilməz. Tramp prezidentliyi zamanı Meksika ilə sərhəddə hasar çəkmək istəsə də Nümayəndələr Palatasındakı çoxluğa malik demokratlar tələb olunan 5 milyard dolların büdcədən ayrılmasına imkan vermədikləri üçün dövlət başçısı əsas planlarından birini həyata keçirə bilməmişdi. Yəni prezidentin həyata keçirmək istədiyi siyasət önəmli şəkildə Konqresdən asılıdır. Buna görə də hər iki partiyanın rəhbərliyi, prezident seçkisi ilə yanaşı, Konqresə seçkilərə də ciddi hazırlaşır. Belə demək olar ki, ABŞ-ın siyasi səhnəsində əsas ...