Rusiyanın dekolonizasiyası qərarı ciddiləşir
Növbəti addım İçkeriya Çeçenistan Respublikasının tanınması ola bilər
07 İyul 2024
Bu qətnamənin önəmini qeyd etməzdən öncə Rusiyanın beynəlxalq aləmdə məhkum edilməsi ilə bağlı bir neçə hadisəni qeyd etmək lazımdır.
Şimali Atlantika Alyansı (NATO) Parlament Assambleyası 22 may 2023-cü ildə Rusiyanın Ukraynaya qarşı cinayətlərini soyqırımı olaraq, Rusiya rejimini terrorçu və “raşizm” (rus faşizmi) kimi tanıyaraq, Vladimir Putinin mühakiməsi üçün xüsusi tribunalın yaradılmasını dəstəkləyən qətnamə qəbul etdi. NATO ölkələrinin parlament nümayəndə heyətlərinin yekdilliklə səs verdikləri bu qətnamə müharibə nəticəsində Ukraynaya dəymiş zərərə görə Rusiya tərəfindən təzminat mexanizmlərinin təsis edilməsini də nəzərə tuturdu.
NATO Parlament Assambleyasının bu qətnaməni qəbul etməsindən təxminən 11 ay sonra, 2024-cü ilin aprelin 17-də Avropa Şurası Parlament Assambleyası Rusiyadakı rejimi diktatura kimi tanıyan və Rusiyanın dekolonizasiyasına, bu ölkədəki azsaylı xalqlarının müstəmləkəsizləşdirilməsinə çağıran qətnamə qəbul etdi. Qətnamədə Vladimir Putin müxalifət lideri Aleksey Navalnının ölümündə təqsirli hesab edilərək, Rusiyada şəxsi diktat...