Logo
news content
User
Kateqoriyalar

Xəbər

Zelenski Trampın "sülh" təkliflərindən imtina etdi: Bizə sərf etmir

Ukrayna Prezidenti Volodimir Zelenski amerikalı həmkarı Donald Trampın münaqişənin nizamlanması ilə bağlı təkliflərini Kiyev üçün sərfəli olmadığına görə tənqid edib.

O bu barədə “Al Jazeera” telekanalına müsahibəsində deyib.

“Ümid edirəm ki, o bu müharibəni bitirmək üçün yol axtarmağa davam edəcək, amma elə bir yol ki, bunun bədəlini Kiyev ödəməli olmasın. Çünki bu, düzgün deyil”, — deyə o vurğulayıb.

Telekanalın məlumatına görə, Zelenski bununla Trampın sülh sazişi ilə bağlı təklifini rədd edib.