Logo
news content
User
Kateqoriyalar

Xəbər

Xırdalanda maşın 3 nəfəri vurdu, daha sonra aptekə çırpıldı

Abşeron rayonunun Xırdalan şəhərində yol-nəqliyyat hadisəsi baş verib.

Minik avtomobili 3 nəfəri vuraraq xəsarət yetirib. Yaralılardan ikisinin ana və övladı olduğu bildirilir. 

Daha sonra idarəetmədən çıxan avtomobil aptekə çırpılıb. Hadisə nəticəsində obyektə və avtomobilə ziyan dəyib.

Qəzanın hansı səbəbdən baş verdiyi və xəsarət alanların vəziyyəti ilə bağlı hələlik məlumat yoxdur. (oxu.az)